"İnternational Leasing" ASC 2 milyon manat istiqraz buraxır.
FED.az xəbər verir ki, şirkət hər birinin nominal dəyəri 1000 manat olan 2 min ədəd adi, sənədsiz, adlı səhmlər emissiya edib.
Təklifin səbəbi alternativ maliyyə resurslarının cəlb edilməsi yolu ilə cəmiyyətin fəaliyyətinin genişləndirilməsi və bu yolla mənfəətin əldə edilməsidir. İstiqrazların yerləşdirilməsindən əldə edilən vəsait lizinq fəaliyyəti üçün lizinqalanlar tərəfindən sifariş edilən avtomobillərin alınmasına sərf ediləcək
Anderrayteri “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların illik gəlirlik dərəcəsi -18%-dir. İistiqrazların faiz ödəniş dövrünün müddəti 30 gündür. Tədavül müddəti: 24 aydır.
Hazırda "İnternational Leasing" ASC-nin 100% payla səhmdarı Həsənov Nicat Vaqif oğludur.