“Legion Financial” Açıq Səhmdar Cəmiyyəti 2 milyon manat olan vəsait cəlb edir.
FED.az xəbər verir ki, bu barədə lizinq şirkətinin emissiya prospekti və ya informasiya memorandumunda bildirilir.
Məlumata əsasən ər birinin nominal dəyəri 1 000 manat olan 2000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adi istiqrazlar buraxılacaq.
İstiqrazların illik gəlirliliyi 15 faiz təşkil edir. Tədavül müddəti isə 60 ay (5 il) olacaq.
Emissiyanın məqsədi alternativ maliyyə resurslarının cəlb edilməsi yolu ilə cəmiyyətin fəaliyyətinin genişləndirilməsi və bu yolla mənfəətin əldə edilməsidir. İstiqrazların yerləşdirilməsindən əldə edilən vəsait lizinq fəaliyyəti üçün lizinqalanlar tərəfindən sifariş edilən avtomobillərin alınmasına sərf ediləcək.
Anderrayter "Unicapital Învestisiya Şirkəti" ASC Şirkətidir.