Ləğvetmə prosesində olan “Aynur-119” ASC səhmdarlarının 11 may 2026-cı il saat 15.00-da növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə şirkətin ləğvedicisi Kərimbəy Kərimzadə bildirib. Yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcək:
1. “AYNUR-119” ASC-nin ləğvetmə balansının təsdiqi.
2. “AYNUR-119” ASC-nin qalıq əmlakının iştirakçılar arasında bölünməsi planının təsdiqi.
3. “AYNUR-119” ASC-nin ləğvedicisinin qəbul etdiyi qərarların təsdiqi.
Yığıncaq Bakı şəhəri, Salyan şosesi 2, bina 2, mənzil 19-20 ünvanında, 1-ci mərtəbədə keçiriləcək. Yığıncaqda iştirak edən şəxslər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. Səhmdar şəxsən iştirak edə bilmədiyi halda, onu təmsil edən şəxs müvafiq qaydada rəsmiləşdirilmiş etibarnamə əsasında iştirak edə bilər.
Əlaqə telefonu: +994 55-571-68-48 (Whatsapp). Email: [email protected]














