Azərbaycan Mərkəzi Bankı xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrlərinin başa çatdığını bəyan edib.
FED.az-ın xəbərinə görə, millət vəkili Vüqar Bayramov bildirib ki, dəstəklənən layihələr məhz kriptovalyuta əməliyyatları ilə bağlı olub.
Millət vəkili deyib ki, digər layihə "kriptobroker platforması" virtual aktivlərinin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır (Xezerxeber.az).
Deputat qeyd edib ki, qlobal maliyyə əməliyyatları intensiv şəkildə virtuallaşdığı üçün Azərbaycanda da kriptovalyutalardan istifadə və sistem inteqrasiyası əsas çağrışlardan biridir.