Azərbaycandakı kiçik və orta biznes (KOB) subyektlərinin və mikromaliyyə institutlarının fond bazarı vasitəsilə maliyyə vəsaiti cəlb etməsində əsas maneə korporativ idarəetmə standartları və şəffaf hesabatlılıq tələbləri ilə bağlıdır.
Mikromaliyyə təşkilatlarına əlçatanlığı artırmaq üçün borc bazarında minimal tələb 2 dəfə endirilir
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin üzvü Oqtay Qasımov bildirib.
Onun sözlərinə görə, kütləvi təklif üsulu ilə qiymətli kağız yerləşdirən təşkilatlar, o cümlədən KOB-lar və mikromaliyyə təşkilatları olsun hesabatlarını şəffaf və davamlı şəkildə açıqlamalıdır: "Bəzən, bu, böyük resurs və daxili transformasiya tələb edir. Mikromaliyyə təşkilatları artıq bu prosesə başlayıblar və daxildə həm korporativ idarəetmə standartlarını qoyurlar, həm məlumatların açıqlanmasını davamlı şəkildə həyata keçirirlər. Bunların investisiya şirkətləri ilə bir yerdə daha aktiv işləmələrini tövsiyə edirəm. Bir deyil, bir neçə təşkilatın eyni investisiya portfelinin tərkib hissəsi olmaqla bazara çıxışları daha səmərəlidir". (Report)











