10 may 2019-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC – nin AZ2036008681 İSİN kodlu ipoteka istiqrazlarının yerləşdirilməsinin növbəti mərhələsi üzrə hərrac keçiriləcək.
FED.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.