Yanvar-may aylarında Azərbaycanda investisiya şirkətlərinin əməliyyat həcminə görə, renkinqi açıqlanıb.
FED.az xəbər verir ki, Bakı Fond Birjasının (BFB) məlumatına görə, ilk 5 ayda əməliyyatların həcminə görə, ilk yeri «Paşa Kapital» investisiya şirkəti tutub – 3730,4 milyon manat. Sonrakı yeri «AzFinance» (719 milyon manat), «Unicapital» (320,8 milyon manat) və «BTB Kapital» (220,7 milyon manat) investisiya şirkətləri tutur. Qeyd edək ki, renkinq Törəmə Maliyyə Alətləri bazarı (o cümlədən Forex əməliyyatları) istisna olmaqla repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla hesablanır.
Aşağıdakı cədvəl 2020-ci il yanvar-may tarixləri üzrə məlumatları əks etdirir.
Rank |
Ad |
Dövriyyə (Manatla) |
Əməliyyatların sayı |
1 |
“Paşa Kapital İnvestisiya Şirkəti” QSC |
3,730,424,496.35 |
803 |
2 |
"AzFinance İnvestisiya Şirkəti" QSC |
718,977,820.74 |
437 |
3 |
"Unicapital İnvestisiya Şirkəti" ASC |
320,756,046.14 |
236 |
4 |
BTB Kapital İnvestisiya Şirkəti ASC |
220,708,726.98 |
180 |
5 |
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC |
206,348,313.76 |
286 |
6 |
"İnvest-Az İnvestisiya Şirkəti" QSC |
137,987,585.05 |
927 |
7 |
"PSG Kapital İnvestisiya Şirkəti" QSC |
53,423,677.06 |
450 |