2022-ci ildə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin xalis mənfəəti kəskin artıb.
Eləcə də bax: Azərbaycanda ən çox sayda əməliyyat aparan – İNVESTİSİYA ŞİRKƏTLƏRİ - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Hesabatda deyilir ki, 2022-ci ilin ikinci rübünün sonuna ölkədəki investisiya şirkətlərinin aktivləri 77,4 mln. manat təşkil edib. Ötən illə müqayisədə investisiya şirkətlərinin aktivlərində cüzi azalma müşahidə olunsa da, gəlirliyində əhəmiyyətli artım müşahidə edilib.
Belə ki, investisiya şirkətlərinin müştəri bazası genişlənib, 2022-ci ilin II yarımilində müştəri aktivləri 17% artaraq 1 milyard manat olub. İnvestisiya şirkətlərinin xalis mənfəəti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 4,9 mln. manata çatıb.
Yarımil ərzində daha bir investisiya şirkətinə investisiya xidmətlərinin göstərilməsi üçün lisenziya verilib və belə şirkətlərin sayı 13-çatıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.