Bu gün maliyyə dünyası texnologiyanın sürətli inkişafı və rəqəmsallaşma ilə böyük transformasiya yaşayır. Bunun ən maraqlı göstəricilərindən biri investisiya şirkətlərinin mobil proqramlar vasitəsilə investisiya imkanları təklif etməyə başlamasıdır. İndi smartfon və ya planşet ilə asanlıqla dünya bazarlarına daxil ola və investisiya edə bilərlər.
Bu həftə səhmləri ən çox bahalışıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI
FED.az xəbər verir ki, bu proses Azərbaycanda da başlayıb.
Hazırda ölkədə bir sıra investisiya şirkətləri - “İnvest-Az İnvestisiya Şirkəti”QSC, “Unicapital İnvestisiya Şirkəti ”ASC, “ABB İnvest İnvestisiya Şirkəti” QSC və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC istifadəçilərə mobil tətbiqlər vasitəsilə yatırım imkanı verirlər.
FED.az ölkədəki investisiya şirkətlərinin mobil tətbiqlərinin investorlar üçün hansı xüsusiyyətləri təqdim etdiyini və necə istifadə edildiyini və bu xidmətlərə görə, xidmət haqlarını təqdim edib.
Proqramların maliyyə savadlılığını necə artırdığını, və investisiya şirkətlərinin mobil proqramlarının investorlar üçün hansı imkanlar təklif etdiyi barədə məlumatı aşağıdaki cədvəldən əldə etmək olar:
Şirkət |
Tətbiq |
Xüsüsiyyətlər |
“İnvest-Az İnvestisiya Şirkəti”QSC |
İnvestAZ |
İnvestAZ İnvestor Platforması dünya maliyyə bazarlarına çıxışı təmin edir. Bu tətbiqetmə vasitəsi ilə Azərbaycan, Asiya, Amerika, Avropa kimi regional maliyyə bazarlarında səhm, istiqraz, o cümlədən valyuta, əmtəə, indeks, kriptovalyutalar ilə ticarət etmək olar. Tətbiqdə Demo hesab açmaq imkanı var və hesab açan zaman xüsusi şərt tələb olunmur. Real hesab açılanda xarici birjalarda ticarət üçün minimum 100 dollar tələb olunur. Tətbiqdən istifadə edərək xarici şirkətlərin səhmlərini heç bir məhdudiyyət olmadan əldə etmək olar. Amerikanın 40-50-yə yaxın “Apple”, “Tesla” kimi məhşur şirkətlərinin səhmlərini əldə etmək mümkündür. 200-dən yuxarı maliyyə aləti üzərə tariflər birjaya başlanan məbləğdən, maliyyə alətindən , alətlərindən həcmindən və açılmış əməliyyat sayından asılı olaraq müxtəlifir. |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |
Paşa Kapital |
PAŞA Kapital müştəriləri tətbiq vasitəsilə həm yerli həm də xarici bazarda investsiya əməliyyatları apara bilər. Xarici bazarda marja ticarəti ilə Amerika və Avropa birjalarında FOREX və CFD-lər bazarlarında ticarət mümkündür. Ticarət alətləri FOREX Valyuta Cütləri, Əmtəə, Qiymətli Metallar və Fond İndeksləri , səhm və müxtəlif valyutalarda istiqrazlar olaraq müəyyənləşdirilib. Hesab açılması üçün minimum 200 dollar tələb olunur. Demo hesabın açılması imkanıda var. Demo hesabın açılması zamanı xüsüsi şərtlər yoxdur demo yarat bölməsindən istifadə edərək ad , soyad, e mail ünvanı və mobil nömrə məlumatları ilə hesab yaratmaq olur. Avropa və Amerika şirkətlərinin səhmlərini əldə etmək mümkündür. Səhmləri əldə edərkən hər hansı bir məhdudiyyət nəzərdə tutulmayıb. Tariflərə gəlincə səhm alışı və satışı zamanı 10 dollar komissiya tətbiq olunur. Valyuta cütlükləri ilə əməliyyatlarda isə 1 lotluq əməliyyat zamanı açılış və bağlanış zamanı ayrı-ayrılıqda 7 dollar komissiya müəyyənləşdirilib. Yerli bazarda səhmlərdə və istiqrazlarda komissiya minimum 30 AZN 0.01% .
|
“Unicapital İnvestisiya Şirkəti ”ASC |
UTrader |
Amerika , Avropa və Asiya birjalarında əməliyyatların aparılması mümkündür. Maliyyə alətləri istiqrazlar, səhmlər, valyutalar və əmtəələr olaraq müəyyən edilib. Hesab açan zaman FOREX bazarında əmtəələr, valyutalar və indekslər yatırımı zamanı minimum 300 dollar tələb olunur. (Hal hazırda kampaniya var və 50 dollar ödəməklədə hesab açmaq olar) Digər bazarlarda səhm, kriptovalyuta bazarlarında yatırım zamanı minimum 200 dollar tələb olunur. Demo hesab açılması mümkündür və xüsüsi bir şərt tələb olunmur. Platforma vasitəsilə 20 mindən çox xarici şirkətin səhmini əldə etmək mümkündür . Bu səhmlərlə ticarət zamanı məhdudiyyətlər tətbiq edilmir. Tariflərə gəlincə Forex bazarlarında komissiya yoxdur, Amerika birjalarında hər səhmə görə 8 sent tutulur səhmin qiymətindən asılı olmayaraq , digər birjalarda isə 0.2-1% arası tutulur.
|
“ABB İnvest İnvestisiya Şirkəti” QSC |
ABB mobile |
İstifadəçilər ABB mobile-da investisiya profili yaradaraq səhm və digər qiymətli kağızların alqı-satqısı ilə məşğul olub qazanc fürsətlərindən faydalana bilərlər. Amerikanın birjası ( NASDAQ) və bəzi ADRlər əməliyyat aparmaq olur. Bu əməliyyatları aparmaq üçün nəzərdə tutulan maliyyə alətləri səhm və etf. Hesab açmaq üçün minimum 50 dollar tələb olunur. Demo hesab isə mövcud deyil. Tətbiqdən istifadə edərək Amerika birjanın listingde olan bütün səhmləri almaq mümkündür bu zaman tətbiq olunan 2 məhdudiyyət var : “Pattern Day Trader” məhdudiyyəti: ABŞ ticarət qaydalarına əsasən əgər investorun (müştərinin) hesabı üzrə aparılan əməliyyatlarda “Pattern Day Trader” əlamətləri aşkar edilərsə, həmin müştərinin ticarət əməliyyatları məhdudlaşdırılır. Əgər müştəri eyni qiymətli kağızı 5 ticarət günü ərzində 4 dəfədən çox alıb-satarsa, həmin müştəri “Pattern Day Trader” kimi qeydə alınır. “Pattern Day Trader” məhdudiyyəti yalnız hesabında pul vəsaiti və (və ya) qiymətli kağızlarının bazar dəyəri $25 000-dan az olan müştərilərə şamil edilir. Satış ilə bağlı hesablaşma müddətinin gözlənilməsi məhdudiyyəti. ABŞ-da səhmlərlə ticarət baş verdikdə hesablaşma (alıcı ilə satıcı arasında pul və qiymətli kağızların mübadiləsi) 2 iş günü ərzində yekunlaşır. Buna baxmayaraq, satış əməliyyatı başa çatdıqdan sonra satışdan əldə edilən pul vəsaiti dərhal sizin investisiya hesabınızda əks olunur. Siz bu vəsaitdən istifadə edərək hesablaşma yekunlaşmadan digər bir qiymətli kağız ala bilər, lakin aldığınız yeni qiymətli kağızı hesablaşma müddəti (2 iş günü) bitənədək sata bilmərsiniz. Mobil tətbiqdə yalnız xarici bazarın səhmləri ilə ticarət mümkündür. |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.