Azərbaycanın ən böyük şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə abunə yazılışı fevralın 28-də tamamlanıb.
İstiqraz buraxan dövlət şirkətinin rəhbəri: «O istiqrazın ilk alıcısı mən olacam» - MÜSAHİBƏ
FED.az xatırladır ki, abunə yazılışı – həmni istiqrazları almaq istəyən şəxslərin qeydiyyatdan keçməsidir. Satış prosesi isə martın 3-də Bakı Fond Birjasında keçiriləcək və istiqrazlar sahiblərinə çatacaq.
Qey dedək ki, ASCO tərəfindən emissiya edilən istiqrazlar – Azərbaycanda indiyədək dövriyyəyə buraxılan dollar istiqrazları arasında faizi ən yüksək olanlardan biridir. Bu istiqrazlar sahiblərinə illik 6% gəlir gətirəcək. İstiqrazların ümumi buraxılış həcmi 100 milyon dollardır, hər birinin nominal dəyəri 1 000 dollar olan 100 min istiqraz satışa çıxarılmışdı.
Qeyd edək ki, Xəzər Gəmiçiliyi – ASCO dövlət şirkətləri arasında böyük mənfəətlə işləyən və gəlirləri dollarla olan şirkətlərdəndir. Ona görə də istiqrazlara maraq böyük olub. Şirkətdən verilən məlumata görə, istiqrazlara investorların tələbi Gəmiçiliyin yerləşdirdiyi təklifdən, yəni 100 milyon dollardan daha artıq oluö. Belə ki, 29 dekabr 2022-ci il tarixindən 28 fevral 2023-cü il tarixinə qədər davam edən abunə yazılışı dövründə istiqrazların alınması üzrə 125 sifariş verilib. Hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 89,1 faiz, fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 10,9 faiz təşkil edib.
Bu istiqrazların abunə yazılmış investorlar arasında yerləşdirilməsi 3 mart 2023-cü il tarixində “Bakı Fond Birjası” QSC-nin ticarət platforması vasitəsi ilə həyata keçiriləcək.
Yerləşdirmə başa çatdıqdan sonra, bu istiqrazlar “Bakı Fond Birjası” QSC-nin “Premium” listinqində təkrar bazarda tədavül ediləcək.
Qeyd edildiyi kimi, istiqrazlara abunə yazılışı başa çatıb və alıcılar sabah istiqraz alaaqlar. Amma bu istiqrazları təkrar bazarda da almaq olar. Bunun üçün Bakı Fond Birjasını izləmək lazımdır. İstiqrazların gəlrliyi yüksək olduğu üçün onun təkrar bazarının da fəal olacağı gözlənilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür