Birja

Azərbaycanda ikiillik istiqrazlara - 4 QAT TƏLƏB OLUB

Azərbaycanda ikiillik istiqrazlara - 4 QAT TƏLƏB OLUB | FED.az
10:33 25 Dek 2019

Dekabrın 24-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106024752 ISIN-li, 10 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən FED.az-a bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 97.4417 AZN (9.5 faiz) və 102.6428 AZN (7.4999 faiz) olan 19 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 101.8408 (7.7999 faiz) orta ölçülmüş qiyməti 102.0495 (7.7216 faiz) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40 milyon 912 min 900 AZN, yerləşdirilmiş həcmi isə 10 milyon AZN təşkil edib.

İstiqrazlar 2022-ci il dekabrın 20-də ödəniləcək.

Digər xəbərlər