25 iyun 2024-cü il saat 11.00-da "Şirvan Mehmanxana" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Şamaxı şəhəri , 24-cü məhəllə, M. Əzizbəyov küçəsi 41 nömrəli ünvanda "Şirvan" Hotelində baş tutacaq.
Ümumi yığıncagın gündəliyinə aşağıdakı məsələlər daxil edilib.
1) 2023-cü il üzrə maliyyə - təsərrüfat fəaliyyətinin hesabatı.
2) Təşkilati və sair məsələlər.
Səhmdar ümumi yığıncaqda bilavasitə özü və ya nümayəndəsi vasitəsilə etibarnamə ilə iştirak edə bilər. hmumi yığıncaqda iştirak edən səhmdar və ya nümayəndəsi şəxsiyyətini təsdiqləyən sənədin əslini (nümayəndə olduqda isə etibarnaməsinin notarial təsdiq edilmiş surətini) təqdim etməlidir.