Şirkətlərin kapital bazarlarda səhm və istiqrazlarını yerləşdirmələri, onların maliyyə mövqeyini gücləndirmə və yeni inkişaf imkanları əldə etməsi üçün əhəmiyyətli bir addımdır.
Pulu hara yatırmalı? - Bakı Fond Birjasında - Ən gəlirli manat istiqrazları - QİYMƏTLƏR
FED.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən onlarla şirkət bu nüansa diqqət yetirərək hər il kapital bazarlarında xarici valyuta olan USD vayutasında səhm və istiqrazlarını yerləşdirirlər. Bir çox şirkət, USD valyutasında istiqraz buraxmağa meyilli olur, çünki USD, beynəlxalq əmtəə bazarında ən çox üstünlük verilən valyutadır. Bu, şirkətlərə daha geniş bir beynəlxalq investor qrupuna çıxış imkanı yaratır və dünya bazarlarında daha asan ticarət etmələrini təmin edir.
Şirkətlər bu proses zamanı bəzi qaydalara əməl etməlidirlər. İlk növbədə şirkətlər qiymətli kağızlarını birja vasitəsi ilə ticarətə buraxmamışdan əvvəl Bakı Fond Birjasına (BFB) listinqə alınması ilə bağlı müraciət edir.
Bakı Fond Birjasında ticarətə buraxılan qiymətli kağızlar emitentlərinin maliyyə, hesabatlılıq, şəffaflıq, korporativ idarə etmə göstəricilərinə əsasən 2 (iki) bazar seqmentində listinqə daxil edilir və hər bir seqment şirkətin inkişaf dərəcəsini əks etdirir. Qiymətli kağızlar BFB-də listinqə alındıqdan sonra investor bazasına təqdim olunaraq yerləşdirməsi həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Qiymətli Kağızların Emissiyası Sistemi vasitəsilə investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatına alınması və yerləşdirilməsi elektron şəkildə həyata keçirililir.
Əsas Bazar Seqmenti:
Burada emitentlərdən qabaqcıl təşkilati, maliyyə, məlumatların açıqlanması və idarəetmə standartlarının tətbiq edilməsi, mənfəətlilik, səhmlər üzrə sərbəst bazarda tədavül həcminin təmin edilməsi tələb edilir. Emitentin nizamnamə kapitalının ümumi həcmi ən azı 2 500 000 manat olmalıdır. Əsas bazar seqmentində Dövlət qiymətli kağızları, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların, o cümlədən, qabaqcıl təşkilati, maliyyə, məlumatların açıqlanması və idarəetmə standartlarının tətbiq edildiyi yüksək əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən Emitentlərin qiymətli kağızları ticarət olunur.
Standart Bazar Seqmenti:
Burada listinq üçün tələblər bir qədər yumşaqdır. Emitentin nizamnamə kapitalının ümumi həcmi ən azı 200 000 manat olmalıdır. Sərbəst tədavül həcminə dair isə heç bir tələb yoxdur. Standart bazar seqmentində qabaqcıl təşkilati, emissiya prospekti və ya informasiya memorandumu müşayiəti ilə birlikdə kütləvi təklif etmiş, maliyyə,idarə etmə hesabatlarının və digər məlumatların açıqlanması və idarətetmə standartlarının tətbiq edildiyi lakin, nisbətən orta əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən Emitentlərin qiymətli kağızları ticarət olunur.
Hazırda Bakı Fond Birjasında 8 şirkətin 15 dollar istiqrazı dövr edir. İstiqrazların əksəriyyəti investisiya şirkəti və aviaşirkət tərəfindən buraxılıb. Bundan başqa neft və qaz sənayesi ilə də məşğul olan şirkətlərdə istiqrazlar buraxırlar.
Dollar istiqrazlari üzrə gəlirlilik illik 4,5%-dən 15%-dək dəyişir. İstiqrazların başa çatma müddətinə nəzər saldıqda artıq 2024-cü ildə müddəti başa çatan istiqrazları görmək olar, bəzi istiqrazların müddəti isə 2029-cu ilədək davam edəcək. İstiqrazların nominal dəyərinə gəlincə nominal qiymət dollar istiqrazları üzrə 100 – 10 000 dollar aralığında dəyişir.
FED.az hazırda Bakı Fond Birjasında dövriyyədə olan dollar istiqrazlarını təqdim edir :
Birjada dövriyyədə olan dollar istiqrazları:
Bazar seqmenti |
ISIN |
Emitent |
Say |
Nominal |
Həcm |
İllik faiz gəliri (%) |
Başa çatdığı tarix |
Standart |
AZ2001019390 |
Сənub Qaz Dəhlizi |
9 173 208 |
100 |
917 320 800 |
LIBOR+1%. |
01.05.2024 |
Standart |
AZ2004004282 |
Access Bank |
5 000 |
1 000 |
5 000 000 |
5.5% |
29.05.2024 |
Standart |
AZ2004019710 |
“AzFinance İnvestisiya Şirkəti” |
1 000 |
1 000 |
1 000 000 |
5.5% |
28.07.2024 |
Standart |
AZ2004019710 |
AzFinance Investisiya Şirkəti |
1 000 |
1 000 |
1 000 000 |
5.5% |
28.07.2024 |
Əsas |
AZ2011002022 |
Unibank |
1 000 |
10 000 |
10 000 000 |
6% |
03.09.2024 |
Standart |
AZ2003019398 |
Сənub Qaz Dəhlizi |
1 011 200 |
100 |
101 120 000 |
LIBOR+1%. |
24.09.2024 |
Standart |
AZ2001023517 |
Silk Vey Vest Aviaşirkəti MMC |
10 000 |
1 000 |
10 000 000 |
5% |
19.11.2024 |
Standart |
AZ2002023516 |
Silk Vey Vest Aviaşirkəti MMC |
10 000 |
1 000 |
10 000 000 |
5% |
27.12.2024 |
Standart |
AZ2003023515 |
Silk Vey Vest Aviaşirkəti MMC |
10 000 |
1 000 |
10 000 000 |
5% |
05.05.2025 |
Əsas |
AZ2002019894 |
SOCAR |
100 000 |
1 000 |
100 000 000 |
4.5% |
29.11.2026 |
Əsas |
AZ2012002021 |
Unibank |
15 000 |
1 000 |
15 000 000 |
6% |
26.10.2027 |
Əsas |
AZ2001019341 |
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” |
100 000 |
1 000 |
100 000 000 |
6% |
03.03.2028 |
Standart |
AZ2009020283 |
“GL” ASC |
400 |
1 000 |
400 000 |
15% |
05.05.2028 |
Standart |
AZ2014002029 |
Unibank 08, USD, 2192 |
12 000 |
1 000 |
12 000 000 |
8% |
30.11.2028 |
Əsas |
AZ2002019340 |
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” |
50 000 |
1 000 |
50 000 000 |
6% |
18.02.2029 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.