2025-ci ilin yanvar-dekabr aylarının yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin birjada həyata keçirdiyi əməliyyatların (əqdlərin) sayı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə əməliyyat sayına görə bazarın liderləri müəyyənləşib.
Renkinqə "ABB İnvestisiya Şirkəti" QSC başçılıq edir. Şirkət tərəfindən il ərzində 25 215 əməliyyat həyata keçirilib.
İkinci yerdə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb – burada əməliyyat sayı 8 722 olub.
"Troni İnvestisiya Şirkəti" QSC 7 104 əqd sayı ilə üçüncü sırada yer alıb. "Unicapital İnvestisiya Şirkəti" ASC-də isə bu rəqəm 6 751 təşkil edib və dördüncü olub.
Digər şirkətlərin göstəriciləri aşağıdakı kimidir:
"CPM-İnvest İnvestisiya Şirkəti" QSC-də 3 563 əməliyyat qeydə alınıb. "Invest-Az İnvestisiya Şirkəti" QSC 2 233 göstərici ilə altıncı yerdə qərarlaşıb.
"Assist Finance İnvestisiya Şirkəti" ASC-də say 1 604 olub. "Capital Partners İnvestisiya Şirkəti" QSC 1 577 əməliyyatla siyahıda yer alıb.
"Inno Kapital İnvestisiya Şirkəti" ASC 1 183 əqd həyata keçirib.
Siyahının son pillələrini "Xalq Kapital İnvestisiya Şirkəti" QSC (275 əqd), ASC "Xalq" Bankı (137 əqd), "CFI FINANCIAL İnvestisiya Şirkəti" QSC (103 əqd) və "MFX Trading İnvestisiya Şirkəti" (78 əqd) tamamlayır.










