«BTB Kapital» investisiya şirkəti Forex əməliyyatlarına başlayır.
Şirkətdən FED.az-a verilən məlumata görə, yaxın 10 gün ərzində «BTB Kapital» müştərilərinə Forex əməliyyatları aparmaq üçün platforma təqdim edəcək. Artıq platforma ilə bağlı işlər yekunlaşmaq üzrədir.
Eləcə də bax: Foreks əməliyyatları ikiqat artıb - 9 MİLYARD MANATI KEÇİB – AÇIQLAMA
Şirkətdən verilən məlumata görə, Forex xidmətləri ilə bağlı işlər 7-8 ay əvvəl, 2019-cu ilin aprelində başlanıb və artıq tamamlanmaq üzrədir. Əməkdaşlıq edilən provayder şirkətin güclü şirkət olduğu üçün tələb və prosedurları da çox olub. Məhz bu prosedurlar da xidmətin təqdim edilmə vaxtını bir qədər uzadıb.
İlkin olaraq təqdim edilən Forex əməliyyatları sırf törəmə maliyyə alətləri və valyuta cütlükləri olacaq. Bundan başqa ehtimal olunur ki, bir neçə növ fyuçerslər də treyd olacaq. Gələcəkdə müştərilərin bir platforma vasitəsi ilə xarici bazarlarla treyd etmək imkanı olacaq.
Xatırladaq ki, «BTB Kapital»ın da foreks əməliyyataları aparması bu sahədə əməliyyat aparan investisiya şirkətlərinin sayına 3-ə çatdıracaq. Bunlar «Unicapital», «İnvest-Az» və «BTB Kapital»dır.