Bakı Fond Birjası”nın (BFB) Listinq Komitəsinin qərarı ilə daha 2 şirkətin qiymətli kağızları Birjanın alternativ bazar seqmentində listinqə daxil edilib.
FED.az BFB-yə istinadən xəbər verir ki, bunlar “Ağsu Sənaye İnşaat” və “Yevlax-Sərnişin” ASC-lərdir.
Adı çəkilən şirkətlərin səhmlərinin ticarətinə sabahdan başlanılacaq. Onların dövriyədə olan qiymətli kağızlarının sayı müvafiq olaraq 34 770 və 93 210, hər birinin nominal dəyəri isə 2 manatdır.