Rəqəmsal və kibertəhlükəsizlik sahəsində qabaqcıl həllər və xidmət təminatçısı olan Softline şirkəti, London Birjasının əsas ticarət meydançasında səhmlərinin ilkin kütləvi satışını (IPO) həyata keçirmək niyyətini açıqlayıb.
Eləcə də bax: Birja üzvlərinin dövriyyələri açıqlandı - SİYAHI
FED.az xəbər verir ki, bu barədə cümə axşamı şirkətin yaydığı məlumatda deyilir.
İlkin təklifdən toplanan vəsaitin təxminən 400 milyon dollar olacağı və şirkətin inkişaf strategiyasının daha da inkişaf etdirilməsi və həyata keçirilməsinin maliyyələşdirilməsi üçün istifadə ediləcəyi gözlənilir.
Softline 1993-cü ildə İqor Borovikov tərəfindən təsis edilib. Şirkət müştərilərinin rəqəmsal inkişaflarına kömək edir, asanlaşdırır və sürətləndirir. Softline-ın 6 mindən çox işçisi və 150 mindən çox korporativ müştərisi var. Şirkət 50-dən çox ölkədə, o cümlədən Azərbaycanda da ( SoftLine Azərbaycan MMC) fəaliyyət göstərir.
Softline-ın 31 Mart 2021-ci il tarixində bitən maliyyə ilində dövriyyəsi 1,8 milyard ABŞ dolları təşkil edib. (Marja)