Azərbaycanda "Bitcoin" səfirliyi ("Bitcoin Embassy Azerbaijan") bu ilin ilk yarısının sonunda açılacaq.
Eləcə də bax: Azərbaycanda bitkoin ferması açılacaq - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu layihənin rəhbəri Səbinə Məmmədli deyib.
Onun sözlərinə görə, səfirliyin açılmasına dair müzakirələr aprel ayında başlanacaq: "Layihənin icrasına dair müqavilə, ilk növbədə, Gürcüstan və Ukrayna ilə imzalanacaq. Hesab edirəm, apreldə aparılacaq müzakirələrdən sonra Azərbaycanda "Bitcoin" səfirliyi iki ay ərzində açıla bilər. Belə ki, Gürcüstan tərəfi bizimlə artıq müqavilə imzalamağa hazırlığını bildirib. "Bitcoin" səfirliyinin açılması Azərbaycanda kriptovalyutalara bağlı layihələri dəstəkləməyə imkan yaradacaq".