Bununla yanaşı, 2024-cü ilin doqquz ayı ərzində ölkədə 9,5 min iş yeri bağlanıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu dövrdə bağlanmış iş yerlərinin 37,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.
İş yerlərinin 34,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 65,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.