13 fevral 2023-cü il saat 10:00-da “Bərdə-Avtonəqliyyat”ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaqda “Bərdə-Avtonəqliyyat” ASC-nin 2022-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi; Mənfəətin bölüşdürülməsi və dividendlərin verilməsi; 3. “Bərdə-Avtonəqliyyat” ASC-nin vergi və yaranmış digər borclarının müzakirəsi və onların ödənilməsi və digər məsələlər müzakirə ediləcək.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulan məsələlərə aid materiallarla tanış olmaq üçün “Bərdə-Avtonəqliyyat” ASC-nin hüquqi ünvanına müraciət edə bilərlər.
Ünvan: Bərdə şəhəri, H.Aslanov küçəsi 119.