Azərbaycanda ilk dəfə olaraq bitkoin üün elektron pul qabı yaradılıb. FED.az xəbər verir ki, bu, «Barama FinTech Hackathon 2017 Mobile App» layihəsi çərçivəsində baş tutub. Layihə çərçivəsində mobil developerlər 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlayıblar 50-dən artıq gənc proqramçının və 16 komandanın qatıldığı yarışmanın 3 qalib komandası bəlli olub. Bunlar
1-ci yerin sahibi – “Crocusoft” komandası “Coupay” layihəsi ilə 1500 azn dəyərində hədiyyə qazandı. Layihə alış-veriş zamanı yığılan bonus məbləğlərini mobil telefon vasitəsilə istifadə etməyə imkan verir.
2-ci yerin sahibi – “Conexus” komandası “Nova wallet” layihəsi ilə 750 azn dəyərində hədiyyə qazandı. Bu layihə bitcoin və valyutaları dəstəkləyən elektron pul qabıdır.
3-cü yerin sahibi - "Meraki" komandası “Handy App” layihəsi ilə 450 azn dəyərində hədiyyə qazandı. Həmin layihə isə qrup şəklində insanlar arasında kartdan-karta pul köçürülməsi əməliyyatlarının həyata keçirmək funksiyasını özündə cəmləmiş bir proqramdan ibarətdir.
Eləcə də bax: Bitkoin rekord həddə bahalaşdı - YENİ QİYMƏT