Sentyabrın 22-də “İstilikenerjitikintiquraşdırma" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirləcək.
FED.az xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci KM qəsəbəsi, Babək prospekti 33A ünvanda yerləşən inzibati binada keçiriləcək iclasda bir qrup səhmdarın ASC-dən ayrılması, şirkətin parçalanması və yeni şirkətlərin yaradılması müzakirə ediləcək.
Bu barədə "İstilikenerjitikintiquraşdırma" ASC-nin idarə heyətinin sədri Ramazan Niftiyev məlumat verib.
İclasın gündəliyi:
1. Bir qrup səhmdarların "İstilikenerjitikintiquraşdırma" ASC-dən ayrılması barədə və yeni hüquqi şəxslərin yaradılması;
2. "İstilikenerjitikintiquraşdırma" ASC-nin nizamnamə kapitalının azaldılması və yeni nizamnamələrin təsdiq edilməsi;
3. İcra orqanlarının formalaşdırılması;
4. Yeni yaranmış MMC-lərin nizamnamələrinin, bölünmə balanslarının və təhvil aktlarının təsdiq edilməsi;
5. Dəyişikliklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi.
"İstilikenerjitikintiquraşdırma" ASC səhmdarlarının ümumi yığıncağının gündəliyinin materialları ilə tanış olmaq və əldə etmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, 8-ci KM qəsəbəsi, Babək prospekti 33 A ünvana, telefon nömrə 0703962528 müraciət etmək olar.