Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi tərəfindən BFB-nin listinq qaydalarının 13.1.2-ci bəndinə əsasən, “Amrah Bank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan səhm və istiqrazlarının delistinq edilməsi qərarı alınıb.
Eləcə də bax: Bu bankların qəbul etdiyi əmanətlər sığortalanır - SİYAHI
Bu barədə FED.az-a BFB-dən bildirilib.
Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaq.