Hesabat ayında bank sektorunda çalışanların sayı 64 nəfər artaraq 23 633 nəfər təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bundan başqa ötən ilin yanvar ayında bank işçilərinin sayı 22 870 nəfər olub ki, bu da illik müqayisədə 763 nəfər və ya 3,3% çoxdur.
Bundan başqa 31 yanvar 2024-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 475, şöbələrinin sayı 104, ATM-lərin sayı 3 044 olub.