2025-ci ilin yanvar-dekabr aylarının yekunlarına əsasən, Bakı Fond Birjasında (BFB) fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyat həcmi üzrə renkinqi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə birja üzvlərinin dövriyyəsində milyardlarla manatlıq əməliyyatlar qeydə alınıb.
Renkinqə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC başçılıq edir. Şirkətin əməliyyat həcmi 44 milyard 720 milyon manat təşkil edib.
İkinci yerdə "ABB İnvestisiya Şirkəti" QSC qərarlaşıb – burada dövriyyə 38 milyard 384 milyon manat olub.
"CPM-İnvest İnvestisiya Şirkəti" QSC 6 milyard 566 milyon manat göstərici ilə üçüncü sırada yer alıb. "Assist Finance İnvestisiya Şirkəti" ASC isə 4 milyard 329 milyon manat həcmlə dördüncü olub.
Digər investisiya şirkətlərinin göstəriciləri aşağıdakı kimidir:
"Unicapital İnvestisiya Şirkəti" ASC-də 3 milyard 641 milyon manat, "Invest-Az İnvestisiya Şirkəti" QSC-də 2 milyard 505 milyon manat dövriyyə qeydə alınıb.
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC 2 milyard 87 milyon manat, "Capital Partners İnvestisiya Şirkəti" QSC isə 1 milyard 318 milyon manat nəticə göstərib.
"Troni İnvestisiya Şirkəti" QSC 618,1 milyon manat, "İnno Kapital İnvestisiya Şirkəti" ASC 329,7 milyon manat həcmlə siyahıda yer alıb.
Siyahının son pillələrini "CFI FINANCIAL İnvestisiya Şirkəti" QSC (213,2 milyon manat), "MFX Trading İnvestisiya Şirkəti" (197,9 milyon manat) və birja üzvü olan "Xalq Bankı" ASC (5,6 milyon manat) tamamlayır.










