2025-ci ilin ilk 10 ayı üzrə Azərbaycanın investisiya şirkətlərinin birja əməliyyatlarının ümumi dövriyyəsi açıqlanıb.
FED.az xəbər verir ki, bazarın böyük hissəsi iki şirkətin – “PAŞA Kapital” və "ABB İnvest”in payına düşür.
Reytinq cədvəlinə 38,6 milyard manatlıq əməliyyat həyata keçirmiş "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC rəhbərlik edir. Ondan cüzi fərqlə geri qalan "ABB İnvest İnvestisiya Şirkəti" QSC isə 31,2 milyard manatlıq dövriyyə ilə ikinci pillədədir.
Əməliyyatların həcminə görə sonrakı yerləri Assist Finance İnvestisiya Şirkəti ASC (3,3 milyard manat) və "CPM-İnvest İnvestisiya Şirkəti" QSC (5,2 milyard manat), "İnvest-Az" (2,2 milyard manat), və "Unicapital" (2,1 milyard manat) tutur.
Eyni zamanda "Xalq Kapital" 2 milyard manat, "Capital Partners" 1,2 milyard manat dövriyyəyə malikdir.
Əməliyyatları 1 milyarddan az olan şirkətlər "Troni İnvestisiya Şirkəti" (594,8 milyon manat) , "İnno Kapital Şirkəti" (238,5 milyon manat). "CFI Financial" (203,4 milyon manat) və "MFX Trading İnvestisiya Şirkəti"dir (180,3 milyon manat).
ASC "Xalq Bankı" isə 500 min 10 manat dövriyyəyə malik olub.













