Azərbaycanda korporativ istiqrazlar bazarında ən fəal iştirak edən investisiya şirkətləri və bankların reytinqi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövriyyənin həcminə görə bazarın liderləri artıq müəyyənləşib.
Reytinq siyahısına 107,8 milyon manatlıq dövriyyə ilə "Assist Finance İnvestisiya Şirkəti" ASC başçılıq edir.
İkinci pillədə 100 milyon manatlıq göstərici ilə "İnvest-Az İnvestisiya Şirkəti" ASC, üçüncü yerdə isə 73,4 milyon manatlıq dövriyyə ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
Bazarın növbəti aktiv iştirakçıları sırasında 55,2 milyon manatla "Unicapital İnvestisiya Şirkəti" ASC, 43,2 milyon manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC və 30,1 milyon manatla "Capital Partners İnvestisiya Şirkəti" QSC yer alıb.
Siyahının davamında "CPM-Invest İnvestisiya Şirkəti" QSC 21,9 milyon manatlıq dövriyyə həcmi ilə yeddincidir.
Daha aşağı həcmli əməliyyatlarla "Troni İnvestisiya Şirkəti" QSC 3,4 milyon manat, "İnno Kapital İnvestisiya Şirkəti" ASC 2,2 milyon manat, "Xalq" Bankı ASC 1,4 milyon manat və "Xalq Kapital İnvestisiya Şirkəti" QSC 1 milyon manat dövriyyə nümayiş etdirib.
Siyahının sonlarında isə "CFI FİNANCIAL İnvestisiya Şirkəti" QSC 255,5 min manat, "MFX Trading İnvestisiya Şirkəti" isə cəmi 170 manatlıq dövriyyə ilə qərarlaşıb.












