Bakı Fond Birjası bu ilin yanvar-may ayları üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin həcmini açıqlayıb.
"FED.az" BFB-yə istinadən xəbər verir ki, birja dövriyyəsi ən yüksək olan şirkət "Paşa kapital İnvestisiya Şirkəti"idir.
Məlumata görə investisiya şirkətinin dövriyəsi 22,9 milyard manatı ötüb
"ABB İnvest İnvestisiya Şirkəti"nin dövriyyəsi 16,8 milyard manatdan yüksək olub.
5 ay ərzində "Assist Finance İnvestisiya Şirkəti"nin 2,7 milyard manatı ötüb.
"CPM-İnvest İnvestisiya Şirkəti"nin birja dövriyyəsi 1,6 milyard manatdan yüksək olub.
"Xalq Kapital İnvestisiya Şirkəti"nin 1,4 milyard manata bərabər olub
"Unicapital İnvestisiya Şirkəti"nin dövriyyəsi 1,1 milyard manat, "İnvest.Az İnvestisiya Şirkəti"nin dövriyyəsi isə 944,3 milyon manat təşkil edib.
Ən aşağı dövriyyə "MFX Trading İnvestisiya" şirkətində qeydə alınıb. İnvestisiya şirkətinin cəmi dövriyyəsi 70,9 milyon manata bərabər olub.