Azərbaycanda səhm bazarı üzrə ən fəal iştirak edən investisiya şirkətlərinin reytinqi açıqlanıb.
- İnvestisiya şirkətlərinin səhmləri üzrə dövriyyələrinin həcminə görə renkinqi - (YANVAR-FEVRAL/2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, səhm dövriyyəsinin həcminə görə bazarın liderləri artıq müəyyənləşib.
Reytinq siyahısına 1,88 milyon manatlıq dövriyyə ilə "Troni İnvestisiya Şirkəti" QSC başçılıq edir. İkinci pillədə 1,8 milyon manatlıq göstərici ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC, üçüncü yerdə isə 291,7 min manatlıq dövriyyə ilə "Unicapital İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
Bazarın növbəti aktiv iştirakçıları sırasında 202,6 min manatla "CPM-Invest İnvestisiya Şirkəti" QSC, 129,6 min manatla "İnvest-Az İnvestisiya Şirkəti" ASC, 75 min manatla "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC və 34,1 min manatla "CFI FİNANCIAL İnvestisiya Şirkəti" QSC yer alıb.
Siyahının davamında "Assist Finance İnvestisiya Şirkəti" ASC, "İnno Kapital İnvestisiya Şirkəti" ASC, "Capital Partners İnvestisiya Şirkəti" QSC, "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, "MFX Trading İnvestisiya Şirkəti" və "Xalq" Bankı ASC üzrə isə cari dövrdə səhm dövriyyəsi qeydə alınmayıb.












