Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 11 investisiya şirkətindən 4-nün bu il yanvarın 1-nə öhdəlikləri 10 milyon manatdan çox olub.
FED.az xəbər verir ki, bunlar “PAŞA Kapital” (78,683 milyon manat), “PSG Kapital” (35,973 milyon manat), “ABB-İnvest” (11,973 milyon manat) və “İnvest-AZ” (10,655 milyon manat) investisiya şirkətləridir.
Qalan 7 investisiya şirkətindən 4-nün öhdəlikləri 1-10 milyon manat arasında, 3-nün öhdəlikləri isə 1 milyon manatdan azdır.
11 investisiya şirkətindən 1-nin – “CPM-İnvest”in öhdəlikləri ötən ildən formalaşıb, odur ki, onun öhdəliklərinin dinamikasını hesablamaq mümkün olmayıb. Qalan 10 investisiya şirkətindən isə 1-i “Unicapital” ötən il öhdəliklərini azaldıb, qalanları isə artırıb. (Renkinq)