Azərbaycanda 4 investisiya şirkətinin əməliyyat sayında artım baş verib.
FED.az-ın məlumatına görə, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın investisiya şirkətlərinin əməliyyat sayında illik müqayisədə fərqli dəyişikliklər qeydə alınıb.
"Troni İnvestisiya Şirkəti" QSC əməliyyat sayında ən böyük artımı nümayiş etdirib. Şirkətin əməliyyat sayı 4 926 vahid və ya 165,2 dəfə yüksəliş göstərib.
"Capital Partners İnvestisiya Şirkəti" QSC də əməliyyat sayında əhəmiyyətli artım əldə edib. Şirkət əməliyyat sayını il ərzində 1 027 ədəd və ya 4,2 dəfə artımaqla yüksəliş nümayiş etdirib.
"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC əməliyyat sayını 1 321 ədəd artıraraq, illik müqayisədə 25.3% yüksəlişə imza atıb.
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC əməliyyat sayını 35 ədəd artırsa da, faiz nisbətində 42,2%-lik bir yüksəliş göstərib.