2025-ci ilin göstəricilərinə əsasən, investisiya şirkətlərinin həyata keçirdikləri əməliyyatların sayındakı illik artım dinamikası açıqlanıb.
FED.az xəbər verir ki, renkinqə artım tempinə görə "Troni İnvestisiya Şirkəti" QSC liderlik edir. Şirkətin bağladığı əqdlərin sayı ötən illə müqayisədə 6 147 ədəd artaraq, rekord həddə – 146,4 dəfə yüksəlib.
İkinci yerdə "Capital Partners İnvestisiya Şirkəti" QSC qərarlaşıb. Şirkətin əməliyyat sayında 1 077 vahid, yəni 3,4 dəfə artım qeydə alınıb.
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC-nin göstəriciləri 93 ədəd, başqa sözlə 93,9 faiz yaxşılaşıb. "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-də isə artım 1 281 əməliyyat və ya 19,6 faiz təşkil edib.











