Əmlak Məsələləri Dövlət Xidməti dövlət şirkətlərinin səhmlərinin satışı üzrə mayın 4-də keçirilən hərracın nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, pullu hərracda 2 səhmdar cəmiyyətin səhm paketi satılıb.
Azərbaycanda daha bir şirkət səhmdarlara - DİVİDEND ÖDƏYƏCƏK
Hərracda səhm paketi özəlləşdirilən səhmdar cəmiyyətləri “Salyan Aqrotexservis” və “Sumqayıt Toxucu” ASC-dir. “Salyan Aqrotexservis” ASC-nin 30 faizlik səhm paketi 96 191 manata, “Sumqayıt Toxucu” ASC-nin 30,1 faizlik səhm paketi isə 49 663 manata satılıb. Hər iki satışda 1 səhmin qiyməti 1 manat olub.
Qeyd edək ki, nizamnamə kapitalının həcmini və səhm paketini nəzərə alanda 1 səhmin nominal qiyməti qiyməti 2 manatdır. Amma pullu hərracda güzəştli qiymətlərlə satıldığı üçün qiymətlər 1 manat təşkil edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.