“Xalq Bank” ASC-nin səhmdarlarından biri olan “Amal İnvest Group” MMC “Foton” MMC şirkətinə qoşulub.
Eləcə də bax: «Xalq Bank»ın xalis mənfəəti 2 dəfəyə yaxın azalıb – HESABAT
FED.az xəbər verir ki, “Foton” MMC, “Amal İnvest Group” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edib.
Qeyd edək ki, “Amal Invest Group” MMC “Xalq Bank” ASC-nin səhmlərinin 16.15%-nə nəzarət edirdi. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.