27 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 1092 gün olan 70 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az Birjaya istinadən xəbər verir ki, hərracda 23 investor 192 milyon 521 min 700 manat məbləğində 55 sifariş yerləşdirib. Cəlb edilən məbləğ 105 milyon manat təşkil edib.
İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:
Emitent: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Dövlət istiqrazının növü: Kuponlu, ortamüddətli dövlət istiqrazları
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ0201070221
İstiqrazların tədavül müddəti: 1092 gün
Buraxılış həcmi: 70 000,000 manat
Nominal dəyəri: 100 manat
Minimal qiymət: 88.9817 (11.9800%) manat
Maksimal qiymət: 95.4100 (9.2880%) manat
Kəsmə qiyməti: 94.9082 (9.4900%) manat
Ortaçəkili qiyməti: 94.9781 (9.4618%) manat
Reallaşdırılmış həcmi: 105 000 000 manat
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə): 192 521 700 manat
İnvestor sayı: 23
Sifarişlərin sayı: 55
Ödəmə tarixi: 24.08.2027
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.