Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) ilə Qazaxıstanın Qiymətli Kağızlar üzrə Mərkəzi Depozitarı arasında arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
FED.az bu barədə MDM-yə istinadən xəbər verir.
Məlumata görə, görüşdə qurumlar arasında bu istiqamətdə görüləcək tədbirlər müəyyən olunub.
MDM həmçinin Qazaxıstanın Almatı şəhərində keçirilən Avrasiya Mərkəzi Depozitarları Assosiasiyasının seminarında iştirak edib. Tədbirə ölkənin qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, beynəlxalq təşkilatların və dövlət orqanlarının nümayəndələri, o cümlədən MDM-nin sədri Ağahüseyn Xudaverdiyev, qurumun Depozitar və Reyestrsaxlayıcı Departamentinin direktoru Elsevər Xəlilov qatılıb.
Seminarda mərkəzi depozitarların İT infrastrukturu, mərkəzi depozitarın fəaliyyətinin davamlılığının idarəedilməsi, yerli kapital bazarlarına girişin təmin olunması və mərkəzi depozitarların vergi funksiyaları müzakirə edilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.