Azərbaycan şirkətinin səhmdarları - MƏNFƏƏT-ZƏRƏRİ BÖLÜŞDƏRƏCƏKLƏR
21 noyabr 2022-ci il saat 11.00-da “Bərdə İnşaat Sənaye” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED,az xəbər verir ki, iclasda aşağıdakı məsələlər müzakirə ediləcək:
1. Səhmdar cəmiyyətin idarəetmə orqanlarının 2021-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi və təsdiqi.
2.Təşkilati məsələlər.
3.Mənfəət və zərərin səhmdarlar arasında bölüşdürülməsi.
4. Digər məsələlər.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarlar şəxsiyyəti təsdiqləyən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq olun¬muş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirak edə bilərlər.
Ünvan- Bərdə şəhəri, H.Əliyev prospekti 122.