Azərbaycanın vaxtilə özəlləşdirilmiş sənaye müəssisələrindən biri olan «Şüsəplastmass» ASC-nin səhmlərinin 5%-i satışa çıxarılıb.
FED.az-ın məlumatına görə, satıcı kim şirkətin səhmdarlarından biri çıxış edir. Hazırda «ALMET, Metal Design Metal Inshaat» adı ilə fəaliyyət göstərən «Şüsəplastmass» ASC-nin istehsal sahəsi Buzovnada yerləşir, müəssisə alüminium və dəmirdən hazırlanan dizayn əşyaları – işıq dirəkləri, pilləkənlər, məhəccərlər, pəncərə barmaqlıqları, napı və darvazalar istehsal edir.
Eləcə də bax: “Azaqrotreyd” ASC-nin səhmdarlarının nəzərinə
Şirkətin firma mağazaları şəbəkəsi də var ki, bunlardan biri Bilgəh Beach Hotelin yaxınlığında yerləşir.
Satışa şirkətin səhmlərinin 5%-i və ya 27 min səhm çıxarılıb. 1 səhm 19 manatdan olmaqla səhm paketi ümumilikdə 300 min dollara satılır.
Satıcısı bu niyyətini şəxsi səbəblərlə izah edir.
Eləcə də bax: “GƏNCLİK” ASC səhmdarlarının nəzərinə
Eləcə də bax: SOCAR istiqrazları yenidən bahalaşdı - QİYMƏTLƏR
Azərbaycan şirkətinin 5% səhmi satılır – 300 MİN DOLLARA
11:32
4 Aprel 2018