"BQ" ASC 2 milyon manat dəyərində istiqraz yerləşdirəcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək .
Kağzıların tədavül müddəti 7 il, illik gəlirliliyi isə 15 %-dir.
Faizlər aylıq ödəniləcək.
Təklifin səbəbi dövriyyə vəsaitlərinin artırılması və maliyyə dayanıqlığının gücləndirilməsi və cəlb edilmiş vəsaitin müştərilərə kredit vermək məqsədilə istifadəsi, kredit cəmiyyətin portfelinin genişləndirilməsidir.
Anderrayteri "İnvest-Az İnvestisiya Şirkəti" QSC-dir











