7 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının
(AMB) 50101576S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli
qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Eləcə də bax:Bu ilin birinci yarısında birja üzrə əqdlərin sayı və məbləği məlum olub
Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 21 sifariş təqdim
edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 656,724,500.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti
99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi
200,000,000.00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 04.09.2019
                                                    
                                                    
                    Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
 
                            
                            
                        
                            17:12
                            7 Avq 2019
                        
                        




 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








