Banner

Birja

Azərbaycan neftinin qiyməti - MƏLUM OLDU

Azərbaycan neftinin qiyməti - MƏLUM OLDU | FED.az
08:06 21 May 2019

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 75,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel azdır.

FED.az xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,36 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,74 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,82 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel azdır.

FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.

Digər xəbərlər

Banner