CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 68,2 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 3,95 dollar/barel azdır.
FED.az xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 67,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,98 dollar/barel azdır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.