CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 12-də 72,15 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,2 dollar/barel çoxdur.
FED.az xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 12-də 71,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,34 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 12-də 67,27 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,61 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 12-də 69,02 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,06 dollar/barel çoxdur.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.