Birja

Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT

Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT | FED.az
09:54 6 Avq 2019

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,79 ABŞ dolları və yaxud 2,77% azalıb.

FED.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,95 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Digər xəbərlər