CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 12-i 64,74 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,39 dollar/barel çoxdur.
FED.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,36 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 60,45 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,32 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 62,57 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,26 dollar/barel çoxdur.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.