Birja

Azərbaycan nefti 2% ucuzlaşıb - SON QİYMƏT

Azərbaycan nefti 2% ucuzlaşıb - SON QİYMƏT | FED.az
12:55 3 Avq 2019

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,35 ABŞ dolları və yaxud 2,04% azalıb.

FED.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,74 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Digər xəbərlər