Ötən il Bakı Fond Birjasının dövriyyəsi 15 milyard manata çatıb.
Fərid Axundov: "BFB-nin dövriyyəsi ilin sonuna rekord həddə çatacaq"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının İdarə Heyətinin üzvü Tələt Kalayev Bakıda "Nailiyyətlər və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
Onun sözlərinə görə, bu da Azərbaycan kapital bazarları tarixində rekord bir nəticədir.
"Sonuncu statistikaya əsasən Bakı Fond Birjasında 45 emissiya həyata keçirilib, onun 38-i istiqraz buraxılışı, 7-i isə səhm emissiyası ilə bağlıdır", - T. Kalayev bildirib. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.