Bu ilin I rübündə Azərbaycanın daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 642,1 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə investorlara 110,4 milyon manat məbləğində faiz və diskont ödənişləri də həyata keçirilib.