Kapital bazarlarını hamı üçün anlaşılan və cəlbedici etmək əsas məqsədimizdir.
FED.az xəbər verir ki, bunu Maliyyə və İnvestisiya Forumunda çıxış edən AKBA-nın (Azərbaycan Kapital Bazarları Assosiasiyası) Direktorlar Şurasının sədri Orxan Bağırov deyib.
O, bildirib ki, Assosiasiya yeni adla – Azərbaycan Kapital Bazarları Assosiasiyası olaraq fəaliyyətini yenilənmiş konseptlə davam etdirəcək. O vurğulayıb ki, bu konseptin əsas məqsədi kapital bazarlarını hamı üçün anlaşılan, əlçatan və cəlbedici etməkdir.