Dünyada məşhur avtomobillərin qiymətləri fərqli olduğu kimi, onların səhmlərinin də qiyməti bir-birindən ciddi şəkildə fərqlənir. Üstəlik dünyada baş verən iqtisadi proseslər nəticəsində səhmlərin qiymətləri sürətlə dəyişir. FED.az dünyada ilk 5-lik də yer alan məşhur avtomobil şirkətlərinin səhmlərinin qiymətinin 1 il ərzində necə dəyişdiyini araşdırıb.
Eləcədə bax: Dünyanın ən məşhur 10 şirkətinin - SƏHMLƏRİNİN QİYMƏTİ
«Toyota»
«Toyota Motor Corporation» (TMC və ya Toyota) - Minivanlardan böyük yük maşınılara qədər dəyişən sahələrdə istehsal edən və böyük bir model yelpiyinə sahib olan, dünyanın ən böyük avtomobil şirkətlərindən biridir.
«Toyota»nın 1 səhminin qiyməti 63 dollar təşkil edir. Son 1 il ərzində 14,5% dəyər qazanıb. Yəni bir il bundan qabaq 1000 dollar (1700 manat) verirb Toyotanın səhmini almış olsanız idi əlavə 145 dollar (246 manat) gəlir əldə etmiş olardınız.
“Daimler AG”
“Daimler AG”–Almaniya brendi; minik avtomobillərinin, keçid qabiliyyəti yüksək olan minik və yük-sərnişin avtomobillərinin, həmçinin avtobuslar da daxil olmaqla kommersiya avtomobillərinin dünyada aparıcı istehsalçılarından biridir.
Bir neçə bölmədən ibarət korporasiyanın “Mercedes Car Group” qrupu “Maybax”, “Mersedes-Bens” və “Smart” markalı dünyaca məşhur avtomobillər istehsal edir.
Şirkət üçün son bir il o qədər də uğurlu olmayıb. Belə ki, ABŞ-ın Avropadan gedən maşınlar üçün vergi tətbiqinə başlamaq qərarı şirkətin səhmlərinə təsir güclü təsir edib. Yəni şirkətin səhmi son 1 ildə 8,4% azalıb. Yəni bir il bundan əvvəl “Daimler AG”in səhmlərinə 1000 dollar yatıran investor indiyədək 84 dollar itirmişdi. Səhmin hazırkı qiyməti 66 dollar (112 manat) təşkil edir.
«BMW»
BMW – Almaniyanın ən böyük avtomobil və motosiklet istehsalçısı olan şirkətlərdən biridir. ABŞ-ın vergi tətbiq etməsi BMW üçün də, yaxşı olmayıb səhmlərinnin qiymətində azalma müşahidə olunur. Buna baxmayaraq son bir illik müddətdə səhmlərin 7,6% artımı müşahidə olunur. Bu o deməkdir ki, bir il əvvəl «BMW»nin səhmlərinə 1 000 dollar yatıran investor il ərzində 76 dollar qazana bilərdi. Hazırda şirkətin səhmlərinin qiyməti 99 dollardır (168 manat).
«Honda»
Honda - Başlıca məhsulları avtomobil, yük maşını, motosiklet və robotlar olan bir Yapon avtomobil markasıdır. Firma bundan başqa dəniz mühərrikləri, elektrik generatorları, bağça maşınları da istehsal edir. Eyni zamanda il ərzində 14 milyon mühərik istehsal etməklə, dünyanın ən böyük mühərrik istehsalçısıdır.
Son 1 il ərzində səhimlərində qiymətində 1,1% artım müşahidə olunub. Yəni bir il əvvəl «Honda»nın səhmlərinə 1000 dollar yatıran investor il ərzində 11 dollar qazanmış olacaqdılar. Hazırda 1 səhminin qiyməti 30 dollar(51 manat)dır.
«Audi»
Audi - Alman avtomobil şirkətidir. Volkswagen qrupunun bir markasıdır. Şirkətin mərkəzi İngolştadda (Bavariya, Almaniya) yerləşir.
Şirkətin keçmişi 1899-cu ilə və Avqust Horxla (August Horche) bağlıdır. İlk "Horch" avtomobili Avqust Horx tərəfindən 1901-ci ildə hazırlanmışdı. 1910-cu ildə Horx şirkətdən ayrılır və köhnə ortaqlarıyla olan anlaşılmazlıqlar səbəbindən yeni dizaynlarında öz adından istifadə edə bilmir. Alman dilində mənası "Dinlə!" olan "horch" sözünü, latın dilində eyni mənanı verən Audi sözü ilə əvəz edən Horx, bu sözü yeni yaratdığı şirkətin adına çevirir.
İlk beşliyə daxil olması Audini səhmlərinin qiymətin yüksəlməsinə səbəb olub. Belə ki, 1 il ərzində səhiminin qiyməti 6% artıb. Yəni bir il əvvəl şirkətin səhmini almış olan investor indi 60 dollar qazanmış olacaqdı. Hazırda «Audi»nin 1 səhminin qiyməti 892 dollar (1426 manat ) təşkil edir.
Qeyd edək ki, bu məqalədə sadalanan, eləcə də istənilən xarici və yerli şirkətlərin səhmlərini və digər qiymətli kağızlarını «PSG-Kapital» investisiya şirkətinin vasitəsilə əldə etmək olar.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
Avtomobil şirkətlərinin səhmləri neçəyədir? – SİYAHI
11:19
6 Sen 2018